Erix Honekker

Erix Honekker
Erich Honecker
(şəkilə dair məlumat)
(şəkilə dair məlumat)
bayraq
Almaniya Vahid Sosialist Partiyasının I katibi
3 may 1973-cü il – 13 oktyabr 1989-cu il və ya:
ƏvvəlkiValter Ulbrixt
SonrakıEqon Krenz
29 oktyabr 1976-cı il – 13 oktyabr 1989-cu il
ƏvvəlkiVilli Ştof
SonrakıValter Ulbrixt
Şəxsi məlumatlar
Doğum adı Erich Ernst Paul Honecker
Doğum tarixi
Doğum yeri (doğum yeri)
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər xərçəngi
Vətəndaşlığı )
Partiya
Fəaliyyəti siyasətçi, avtobioqraf[d], müqavimət döyüşçüsü[d]
Atası Vilhelm Honnekker
Anası Karolina Veydenxof
Uşaqları
  • Sonja Honecker[d]
Dini Ateist

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "hakimiyyətdən əl çəkmə" (bu yazı yalnız sınaq görünüşündə görünür.).
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "hakimiyyət müddəti" (bu yazı yalnız sınaq görünüşündə görünür.).

Erix Honekker (alm. Erich Honecker‎) (25 avqust 191229 may 1994), keçmiş Şərqi Almaniyanın (Almaniya Demokratik Respublikasının) kommunist lideri. Alman solçu dövlət xadimi və siyasətçisi.

18 il ərzində Almaniya Demokratik Respublikasında ən yüksək dövlət və partiya vəzifələrində çalışmışdır. 1971-ci il may ayının 3-dən 1989-cu il 18 oktyabra qədər Almaniyanın Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin birinci (sonradan baş katibi) katibi olmuşdur. O, iki dəfə ADR-in Qəhrəmanı (1982, 1987), ADR Əmək Qəhrəmanı (1962), Sovet İttifaqı Qəhrəmanı (1982) adını almışdır. II Dünya Müharibəsindən qabaq Erix Honekker, Almaniya Kommunist Partiyasının məsul işçisi idi və nasional-sosialistlərin hakimiyyəti illərində məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilmişdi. Honekker Azad Alman Gənclər Birliyini yartmış və 1946-1955-ci illərdə onun sədri olmuşdur. AVSP-nin təhlükəsizlik katibi olaraq, Berlin Divarının inşasının təşkilatçılarından biri olmuş və Almaniya daxili sərhədi qanunsuz keçməyə çalışan insanlara qarşı odlu silah tətbiq edilməsinə məsuliyyət daşıyırdı. Uzun müddət AVSP Mərkəzi Komitəsinin baş katibi, ADR Dövlət Şurasının sədri və ADR Milli Müdafiə Şurasının sədri vəzifələrini tutmuşdur. Erik Honekkerin əsas uğurları sırasına ADR-in beynəlxalq səviyyədə tanınması və ölkənin 1973-cü ildə BMT-yə daxil olması aid eidilir.

1980-ci illərin sonlarında həm iqtisadi vəziyyət, həm Sovet İttifaqı ilə münasibətlər, həm də ADR-nin siyasi vəziyyəti xeyli pisləşdi. Honekker, Mixail Qorbaçovun SSRİVarşava Müqaviləsi Təşkilatının digər üzv ölkələrində həyata keçirdiyi yenidənqurma siyasətinə qarşı müxaliflik edirdi. 1987-ci ilin sentyabrında Honekker Almaniya Federativ Respublikasına rəsmi dövlət səfəri etdi. Səfər çərçivəsində Federal Kansler Helmut Kol onu Bonnda rəsmi səviyyədə qəbul etmişdi.[1] 1989-cu ilin 18 oktyabrında AVSP-nin Mərkəzi Komitəsinin Siyasi Bürosunun təzyiqi ilə ağır xəstə olan Honecker istefa vermək məcburiyyətində qaldı. 1992-ci ildə Erik Honekker Berlində ADR-də insan haqlarının pozulması ittihamı əsasında məhkəməyə qarşısına çıxarıldı. Lakin proses təqsirləndirilən şəxsin ağır xəstəliyi səbəbindən dayandırıldı. Honekker dərhal Çilidəki ailəsinin yanına getdi və 1994-cü ilin mayında orada öldü.

  1. "bdp.de". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search